Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb

13:02 - Bu gün
Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər