“Embawood” şirkəti  cəbhəyə gedən 35 əməkdaşının ailəsinə maddi və ərzaq yardımı edib | 1news.az | Xəbərlər
Cəmiyyət

  “Embawood” şirkəti  cəbhəyə gedən 35 əməkdaşının ailəsinə maddi və ərzaq yardımı edib

11:52 - 08 / 10 / 2020
  “Embawood” şirkəti  cəbhəyə gedən 35 əməkdaşının ailəsinə maddi və ərzaq yardımı edib

“Embawood” şirkəti vətənimizin bütövlüyü uğrunda gedən döyüşlər zamanı cəbhəyə dəstək göstərməyə davam edir.

Azərbaycanın ən böyük mebel şəbəkəsinə sahib olan “Embawood” şirkəti əsgərlərə və onların ailələrinə dəstək kampaniyasına start verib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Belə ki, ölkənin həmrəylik, birlik siyasətini hər zaman yüksək səviyyədə dəstəkləyən və aşılayan Embawood şirkəti də könüllülər və çağırışçılar sırasında olan 35 əməkdaşının ailələrinə birdəfəlik 500 manat vəsait və ərzaq yardımı edib.

Bu yardım kampaniyası çərçivəsində cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə iştirak edən əməkdaşların əməkhaqları da hər ay ailələrinə ödəniləcəkdir.

Xatırladaq ki, “Embawood” şirkəti bundan əvvəl də Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat ianə edib

“Əsgər, TƏK DEYİLSƏN!”

1news.az

Paylaş:
528

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər