EUROLAB Tibb Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna 3000 manat vəsait köçürüb

EUROLAB Tibb Mərkəzi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 29.12.2012-ci ildə verilən 071724 №-li Lisenziya və 20.10.2017-ci ildə verilən qeydiyyat nömrəsi İN/L - 917/2017 Lisenziya), işğal olunmuş torpaqların azad edilməsi üçün qəhrəmanlıqla mübarizə aparan Ordumuza dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 3000 manat vəsait köçürüb.
Silahlı Qüvvələrə Yardım Fondu 17 avqust 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanı ilə yaradılıb.
Vətənimizi qələbəyə aparan Azərbaycan Ordusu ilə qürur duyuruq!
İndi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə mübarizə aparan bütün əsgərlərə möhkəm cansağlığı və tükənməz vətənpərvərlik ruhu arzu edirik.
Qələbə bizimdir!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
1news.az