Elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilən şəxslərin siyahısı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilən şəxslərin siyahısı açıqlanıb

10:46 - 10 / 10 / 2020
Elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilən şəxslərin siyahısı açıqlanıb

Avtomatlaşdırılmış təyinat sistemləri vasitəsilə bu ilin yanvar-sentyabr aylarında 11,08 min şəxsə elektron qaydada pensiya, 61 min şəxsə isə e-qaydada müavinət-təqaüd təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin (ümumən 21 sosial təminat növünün) elektron təyinat sistemi işə salınıb. Həmin e- sistemlər vasitəsilə ümumilikdə 103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib.

Bu proaktiv xidmətlər vətəndaşlara hüquqları yaranan zaman onlara pensiya, müavinət, təqaüdün avtomatik olaraq təyin olunmasına imkan verib. Beləliklə, sosial ödənişlərin təyinatı zamanı vətəndaşların hansısa quruma müraciət edərək sənəd təqdim etmələrinə ehtiyac qalmır, təyinatlar məmur-vətəndaş təması olmadan, tam şəffaf həyata keçirilir.
Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam edir.

Qafar Ağayev

Paylaş:
450

Son xəbərlər

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılırBu gün, 08:59Bu gündən taksilərlə bağlı tələblər qüvvəyə minib - TƏFƏRRÜATBu gün, 08:49Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 08:46Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36
Bütün xəbərlər