Nazirlik: Ermənistan bütün regionun təhlükəsizliyinə zərbə vurur | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Ermənistan bütün regionun təhlükəsizliyinə zərbə vurur

14:41 - 11 / 10 / 2020
Nazirlik: Ermənistan bütün regionun təhlükəsizliyinə zərbə vurur

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan və müxtəlif raket sistemlərindən atəşə tutmağa davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixində cənubi Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını və Su anbarını hədəfə almaqla, cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən iri sənaye şəhəri Mingəçevirə və eyni zamanda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raketlər atıb.

Mingəçevir Su Anbarı Azərbaycanın, həmçinin cənubi Qafqazın ən iri sututarlarından biridir və düşmən tərəfindən Su Anbarının raket atəşinə tutulması və ekoloji fəlakətlərə səbəb olacaq hərəkətlərə əl atması bir çox beynəlxalq konvensiya və qərarların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji Müxtəliflik haqqında və eyni zamanda Səhralaşmaya, torpaqların deqradasiyasına qarşı mübarizə Konvensiyalarından irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır.

Hərbi əməliyyatlar keçirilən bölgədən uzaqda, Gəncə şəhərində mülki əhaliyə qarşı dağıdıcı raketlərdən istifadə etməklə dinc əhalinin ölümünə səbəb olmaq isə insanlığa qarşı edilən ən böyük cinayətdir.

Ermənistan silahlı qüvvələrinin təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə zərbə vuran bu əməllərini qətiyyətlə pisləyirik.

Dünyanın beynəlxalq ekoloji və humanitar təşkilatlarını işğalçı Ermənistanı insan haqlarına, beynəlxalq təbiəti mühafizə tələblərinə və beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq.

Qafar Ağayev

Paylaş:
581

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər