Ermənistanın təxribatları nəticəsində həlak olan və yaralanan mülki vətəndaşların sayı AÇIQLANDI

Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin sinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 41 nəfər dinc sakin ölüb, 207 nəfər sakin xəsarət alıb.
Bundan başqa 1185 ev, 57 çoxmənzilli yaşayış evi, 148 mülki obyekt isə yarasız vəziyyətə düşüb.
Qafar Ağayev
609