Mövlud Çavuşoğlu: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mövlud Çavuşoğlu: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır”

15:32 - 13 / 10 / 2020
Mövlud Çavuşoğlu: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır”

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır".

1news.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə Minsk qrupunun təcili toplanması ilə bağlı təklif edib: "Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətələnərək yeni təxribatlar törədir. Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir".

Nazir bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır:

"Hər halda və şərtdə dövlət olaraq da, xalq olaraq da yanındayıq".

Qafar Ağayev

Paylaş:
542

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər