Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 nəfər dinc sakin həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 nəfər dinc sakin həlak olub

12:51 - 13 / 10 / 2020
Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 nəfər dinc sakin həlak olub

Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 nəfər dinc sakin ölüb.

Hadisələr nəticəsində 206 nəfər sakin xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası, 241 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Qafar Ağayev

Paylaş:
448

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər