General Polad Həşimovun qatili məhv edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

General Polad Həşimovun qatili məhv edildi - FOTO

13:52 - 14 / 10 / 2020
General Polad Həşimovun qatili məhv edildi - FOTO

General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş şəxs - Ermənistan ordusunun "ulduz"larından biri, 44 yaşlı Ruben Sənəmyan məhv edilib.

Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi.

Əslən Ermənistanın Dilican rayonundan olan R.Sənəmyan "Qorxmaz" ləqəbi ilə tanınırdı.

Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdi. Ermənistan Müdafiə Nazirliyinin müşaviri Şuşan Stepanyan bildirib ki, Sənəmyan döyüş zamanı "Anvax hərbi mövqeyi istiqamətində rəqibin çoxsaylı hücumlarının dayandırmasını təşkil edərək, rəqibin işçi qüvvəsinə, silah-sursatına və hərbi texnikasına xeyli itki verib".

Erməni mətbuatının yazdığına görə, Sənəmyana Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı verilmişdi.

1news.az

Paylaş:
1847

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər