Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası Azərbaycan Bayrağı ilə bəzənib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası Azərbaycan Bayrağı ilə bəzənib – FOTO

20:06 - 14 / 10 / 2020
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası Azərbaycan Bayrağı ilə bəzənib – FOTO

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz haqlı savaşında qazandığı zəfərlərlə, torpaqlarının işğaldan azad edilməsi istiqamətində möhtəşəm uğurları ilə yeni qəhrəmanlıq salnaməsi yazır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, yaşanan Qələbə ruhuna, ölkə əhalisinin yüksək vətənpərvərlik duyğularına töhfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası Azərbaycan bayrağı ilə bəzədilib.

İşğal altında olan ərazilərimiz düşməndən azad edildikcə, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır və hər birimizə sonsuz qürur hissi bəxş edir. Qələbələrimiz davam edəcək və yaxın zamanda işğaldan azad ediləcək bütün digər doğma yurd yerlərimizdə də bayrağımız yüksələcək!

Əbədi müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə ucalarda dalğalansın!

S.Xankişiyeva

 

 

Paylaş:
706

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər