Ombudsman UNICEF-in regional direktoruna çağırış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman UNICEF-in regional direktoruna çağırış edib

10:59 - 14 / 10 / 2020
Ombudsman UNICEF-in regional direktoruna çağırış edib

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib.

Ombudsman Aparatından 1news.az-a verilən məlumata görə, bu məqsədlə Ombudsman Səbinə Əliyeva BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xana müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın hərbi təcavüzünün insan təlafatı ilə nəticələndiyi, ölən və yaralananlar arasında uşaqların və qadınların da sayının çox olduğu vurğulanıb.

Təəssüf hissi ilə bildirilib ki, cəbhə bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx yaşadığı ərazilərə atılan mərmilər nəticəsində 3 uşaq həlak olub, 23 uşaq isə yaralanıb.

11 oktyabr tarixində növbəti dəfə Gəncə şəhərinin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 10-u məktəbli uşaq olmaqla 34 nəfərin yaralandığı, 3 uşağın hər iki valideynini itirdiyi qeyd olunub.

Ombudsman çoxsaylı təhsil müəssisələrinin də Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığını qeyd edib. Bu isə o deməkdir ki, əgər COVID-19 pandemiyası ilə bağlı həmin məktəblərdə distant təhsil tətbiq olunmasaydı, minlərlə uşağın həyat və sağlamlığına ciddi təhlükə yaranmaqla böyük insan təlafatı baş verəcəkdi.

Müraciətdə Ermənistan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın müddəalarını kobud şəkildə pozduğu bildirilməklə BMT-nin Uşaq Hüquqları Komitəsi çərçivəsində Ermənistana qarşı xüsusi prosedurun başlanması tələb olunub.

Ombudsman Səbinə Əliyeva UNICEF-lə səmərəli əməkdaşlığına diqqəti yönəldərək, regional direktoru Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əziyyət çəkən uşaqların ən ümdə maraqlarının və pozulmuş fundamental hüquqlarının təmini məqsədilə BMT-nin Uşaq Hüquqları Komitəsi və UNICEF səviyyəsində qətiyyətli addımlar atmağa çağırıb.

Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünün və mülki əhaliyə yönəlmiş terror aktlarının qarşısının alınması ilə bağlı konkret hüquqi məsuliyyət müəyyən edən təsirli tədbirlər hələ də görülməyib.

Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktları beynəlxalq təşkilatları narahat etməli, işğalçı Ermənistan Respublikasına qarşı hüquqi məsuliyyət müəyyən edən tədbirlər görülməlidir.

Qafar Ağayev

Paylaş:
416

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər