Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 3 ölü, 3 yaralı var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 3 ölü, 3 yaralı var - FOTO

14:11 - 15 / 10 / 2020
Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 3 ölü, 3 yaralı var - FOTO

Erməni hərbi birləşmələri Tərtər şəhərində mülki insanları atəşə tutub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlak olub. 3 nəfər isə yaralanıb: “Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə dəfn zamanı baş verib. Erməni silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığını artilleriya atəşinə tutublar.

Həlak olanların və yaralananların kimliyi dəqiqləşdirilir.

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər