Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib

17:04 - 15 / 10 / 2020
Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib

Oktyabrın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanovu qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, Spiker qonağı səmimi salamlayaraq, onu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanla Özbəkistan arasında hər zaman dostluq münasibətləri olub. Dövlət başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayıb.

Parlamentin Sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bugünədək yerinə yetirilmədiyini bildirib. Qeyd edib ki, Ermənistan bu gün də öz işğalçılıq siyasətini davam etdirir. Sentyabrın 27-də təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək hərbi və yaşayış məntəqələrimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

Spiker xüsusi qeyd edib ki, Moskvada aparılan üçtərəfli danışıqlar nəticəsində humanitar atəşkəs elan edildikdən sonra da Ermənistan silahlı qüvvələri öz məkrli niyyətlərindən əl çəkməyərək, beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, cəbhə bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni və digər rayon və şəhərlərimizi intensiv raket atəşinə tutur.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanov səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Sahibə Qafarovanı Milli Məclisin Sədri seçilməsi münasibəti ilə təbrik edib.

Səfir bildirib ki, Azərbaycana gəldiyi ilk gündən ölkədə həyata keçirilən genişmiqyaslı islahatların şahidi olub. O, Azərbaycanda müşahidə olunan hərtərəfli inkişaf və tərəqqinin təqdirəlayiq olduğunu bildirib.

Bəhram Əşrafxanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyib.

Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən bəhs edib. O, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olduğunu deyib. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.

Səfir diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbətdə ölkələrimiz arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qafar Ağayev 

Paylaş:
386

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər