Baş Prokurorluq: Həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb

18:38 - 15 / 10 / 2020
Baş Prokurorluq: Həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb:

"Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

S.Xankişiyeva

 

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər