Fuad Hüseynzadə: “Terrora qarşı önləyici tədbirlər gücləndirilməlidir” - TƏKLİF

Ermənilər tərəfindən müharibə şəraitində mərkəzi şəhərlərdə, o cümlədən xaricdə ictimai təhlükəsizliyi pozmaq və əhali arasında vahimə yaratmaq üçün terror əməllərinin törədilməsi gözləniləndir.
Bunu 1news.az-a açıqlamasında “Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib:
“Əslində, Gəncə və Mingəçevir hadisələri bu məqsədlə baş verib. Bu kimi terrorlarlar, kütləvi əhali olan yerlərdə partlayış hadisələri paytaxtda və digər şəhərlərdə də edə bilərlər”- deyən birlik sədri bunların qarşısının alınması üçün aşağıdakı önləyici tədbirlərin görülməsini təklif edib:
1. Terror əməllərini aşkarlamaq və onların qarşısını almaq üçün insanların kütləvi olduğu məkanlarda; metroda, alış-veriş mərkəzlərində, məktəblərdə parklarda və s. mühafizə xidməti gücləndirilməlidir.
2. Yaşayış binalarında, eləcə də binaların həyətlərində təhlükəsizlik kameralarının sayını artırılmalı və mərkəzləşdirilmiş sistemlə bu kameralara nəzarət edilməlidir;
3. Əhali arasında mütəmadi maarifləndirmə aparılmalı, ayıq-sayıq olmaları ilə bağlı xəbərdarlıq edilməlidir;
4. Əhali şübhəli şəxslər gördükdə hüquq-mühafizə orqanlarına məlumat verməlidir;
5. İnsanların maksimum ictimai nəqliyyatdan daha az istifadə edilməsi tövsiyə edilməlidir;
6. Ölkəyə giriş, çıxış mətəqələrində, xüsusən aeroportda sərnişinlər barədə əvvəlcədən (Kommersiya reyslərində sərnişinlərin qeydiyyatı daha vacibdir) məlumatlar ciddi toplanmalıdır. Bu zaman şəxsləri yoxlamaq üçün biometrik məlumatlardan da səmərəli şəkildə istifadə olunmalıdır;
7. Xarici İşlər Nazirliyi səfirliklərimizə xəbərdarlıq etməlidir ki, mühafizə tədbirlərini gücləndirsinlər;
8. Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarına xəbərdarlıq etməlidir ki, mühafizə tədbirlərini gücləndirsinlər. Tövsiyə olunmalıdır ki, diaspor təşkilatlarının ofislərində toplantılarını qapalı etsinlər, həmçinin erməni profakasiyasından ehtiyat etsinlər.
9. Təhlükəsizlik xidmətləri məlumatların hökumət daxilində və digər ölkələrlə effektiv mübadiləsini həyata keçirməlidir;
10. Güc strukturları əməkdaşlığını daha da artırmalıdır.
1news.az