Oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

09:40 - 16 / 10 / 2020
Oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

1news.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Qafar Ağayev 

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər