Hikmət Hacıyev: Azərbaycanda olan xarici ölkələrin diplomatları və hərbi atteşelər Gəncəyə gedirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycanda olan xarici ölkələrin diplomatları və hərbi atteşelər Gəncəyə gedirlər

14:17 - 17 / 10 / 2020
Hikmət Hacıyev: Azərbaycanda olan xarici ölkələrin diplomatları və hərbi atteşelər Gəncəyə gedirlər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi atteşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

“Diplomatik korpus və hərbi atteşelerlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, deyə H.Hacıyev yazıb.

Qafar Ağayev 

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər