Tovuz istiqamətində uçuşlar keçirməyə cəhd edən Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz istiqamətində uçuşlar keçirməyə cəhd edən Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

14:30 - 17 / 10 / 2020
Tovuz istiqamətində uçuşlar keçirməyə cəhd edən Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Qafar Ağayev

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər