Koronavirus Azərbaycanda: 528 yeni yoluxan, 103 sağalan, 2 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 528 yeni yoluxan, 103 sağalan, 2 ölən var

15:45 - 17 / 10 / 2020
Koronavirus Azərbaycanda: 528 yeni yoluxan, 103 sağalan, 2 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.

Qafar Ağayev

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər