Ermənilərin təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər isə yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər isə yaralanıb

15:21 - 19 / 10 / 2020
Ermənilərin təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər isə yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

Bundan başqa, 341 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1846 yaşayış evi yarasız hala düşüb.

Qafar Ağayev

 

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər