Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

11:26 - 20 / 10 / 2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a məlumat verilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

Qafar Ağayev

Paylaş:
898

Son xəbərlər

Bütün xəbərlər