“Azərbaycan tarix yazır  – YOLUMUZ QARABAĞADIR!” – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan tarix yazır  – YOLUMUZ QARABAĞADIR!” – FOTO – VİDEO

19:22 - 21 / 10 / 2020
“Azərbaycan tarix yazır  – YOLUMUZ QARABAĞADIR!” – FOTO – VİDEO

Prezidentimiz beynəlxalq kürsülərdən, BMT tribunasından dönə-dönə bəyan edirdi ki, işğala son qoymaq, təcavüzkarı buna məcbur etmək lazımdır.

Münaqişənin nizamlanmasına vasitəçilik edən Minsk qrupu fəaliyyət göstərdiyi ötən 26 ildə bir addım atdımı? Atmadı. Yığışdılar, danışdılar və dağılışdılar. BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi dörd qətnamə bu gün də kağız üzərində qalır. Ermənistanın siyasi rəhbərliyinə küçədən gəlmiş birisi "Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinin üstündən xətt çəkdi.

Qudurğan düşmənə "Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verən Prezidentimiz dünyaya səsləndi: Siz qarışmayın, öz taleyimizi özümüz həll edərik.

1news.az-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Azərbaycan tarix yazır – YOLUMUZ QARABAĞADIR!” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları MTRŞ-nın üzvü, jurnalist Telli Pənahqızı, yazıçı, publisist Yunus Oğuz, tarix elmləri doktoru, professor Qabil Əliyev və bədənində 2 güllə, 18 qəlpə gəzdirən Qarabağ qazisi, Zəngilan sakini Zakif Abbasov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

S.Xankişiyeva

 

 

 

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər