Baş Prokurorluq düşmənin atəşləri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq düşmənin atəşləri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayını açıqladı

11:19 - 21 / 10 / 2020
Baş Prokurorluq düşmənin atəşləri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayını açıqladı

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

Qafar Ağayev

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər