“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən” | 1news.az | Xəbərlər
Cəmiyyət

“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən”

16:28 - 22 / 10 / 2020
“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən”

Məşhur müğənni-bəstəkar Mustafa Ceceli Ermənistanın Azərbaycana qarşı son təxribatlarından danışıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gündür sosial şəbəkədə paylaşımlar edən sənətçi bu mövzuda növbəti dəfə Türkiyə KİV-nə danışıb. İfaçı ermənilərin mülki şəxsləri qətlə yetirməsini qınayıb:

"Uşaqları öldürürsənsə, insan deyilsən. 10 aylıq bir uşağı öldürüb, sonra çıxıb "azadlıq" deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarımla davamlı olaraq əlaqə saxlayıram. Ürəyimiz onlarladır".

1news.az

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər