Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub

12:27 - 23 / 10 / 2020
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub

“Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib.

Üçüncü rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 2 milyon manat olub. 2019-cu ilin 3-cü rübü ilə müqayisədə 2020-ci ilk 9 ayında “Unibank”ın faiz gəlirləri 8% artaraq, 64 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 753 milyon manat olub.

İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində 7% artım qeydə alınıb. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 86 milyon manata çatıb.

2020-ci ilin ilk 9 ayı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli bu ilin əvvəlindən 50 milyon manat (və ya 10%) artaraq 557 milyon manata çatıb. İlin ilk 9 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən 16 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 95 milyon manat təşkil edib. “Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayraq 3 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.

İlin əvvəlindən 30 sentyabradək “Unibank”ın depozit portfeli 474 milyon manat təşkil edib.

Xalqımız, dövlətimiz, hər bir vətəndaşımız üçün çox vacib, taleyüklü, qürurverici bir tarixi yaşadığımız bu günlərdə, Unibank olaraq dövlətimizin yanındayıq. Unibank bu dəstəyini həm maddi, həm də mənəvi formada göstərir. Hazırda Bankın 20-dən artıq əməkdaşı torpaqlarımızın azadlığı uğrunda cəbhədə düşmənə qarşı döyüşür. Bank ordumuza dəstək olaraq, Silahlı Qüvvələrə Yardım  Fonduna 100.000 AZN məbləğində dəstək olub. Bankın əməkdaşları və müştərilərinə uBank mobil əlavəsi vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olmaq və bonuslarını Fonda pul formasında hədiyyə etmək imkanı yaradılıb. Böyük Qələbədən sonra işğaldan azad olunmuş şəhərlərdə yeni filiallar açmaq, vətəndaşlarımızın və dövlətimizin inkişafına dəstəyi davam etdirmək Unibankın əsas hədəfləri sırasındadır.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

Paylaş:
281

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər