Baş prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə xəbərdarlıq edib

11:50 - 25 / 10 / 2020
Baş prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə xəbərdarlıq edib

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir.
Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur.

Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

1news.az

Paylaş:
137

Son xəbərlər

“Mövsümə uyğun olmayan, geni dəyişdirilmiş meyvə-tərəvəzlərin təhlükəsi” - “Çıxışa doğru”da MÜZAKİRƏ06 / 05 / 2021, 21:20Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb06 / 05 / 2021, 18:07Yeni Galaxy A seriyası ilə enerji topla və #tükənməzenerji rəqs çellencində iştirak et06 / 05 / 2021, 18:00Koçaryan Paşinyanı məhkəməyə verdi06 / 05 / 2021, 17:43Bu küçələrdə hərəkət məhdudlaşdırılır06 / 05 / 2021, 17:36Səbail icra başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb06 / 05 / 2021, 17:31Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb06 / 05 / 2021, 17:25Rəşadəti ilə seçilən qəhrəman - VİDEO06 / 05 / 2021, 17:12Ombudsman Səbinə Əliyeva iki beynəlxalq təşkilata məktub ünvanladı06 / 05 / 2021, 17:09Ramazanın 24-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM06 / 05 / 2021, 17:01Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Rusiyaya təhvil verilib06 / 05 / 2021, 16:59Milli Paralimpiya Komitəsində iclas keçirilib - FOTO06 / 05 / 2021, 16:57Azərbaycanda bir şagirdi olan iki məktəb var06 / 05 / 2021, 16:56Milli Paralimpiya Komitəsi ilə Bədən Tərbiyəsi və İdman Akademiyası arasında memorandumu imzalanıb06 / 05 / 2021, 16:50Bir gündə 27 777 nəfər peyvənd olunub – CƏDVƏL06 / 05 / 2021, 16:41Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - STATİSTİKA06 / 05 / 2021, 16:34“Ombudsmanın hesabatında ermənilərin nifrət ideologiyası və işğalçılıq siyasəti tutarlı faktlarla öz əksini tapıb” - Politoloq06 / 05 / 2021, 16:15Nazirlik reyd keçirdi: 16 obyekdə epidemiya əleyhinə rejim pozulub06 / 05 / 2021, 15:52Rusiyalı veteranlar Qarabağda faşist kollaborant Njdenin heykəlini sökməyə çağırırlar06 / 05 / 2021, 15:49Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib06 / 05 / 2021, 15:19
Bütün xəbərlər

Next TV