Karantin qaydalarını pozan 42 ictimai iaşə obyektinə cərimə yazıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozan 42 ictimai iaşə obyektinə cərimə yazıldı

15:33 - 27 / 10 / 2020
Karantin qaydalarını pozan 42 ictimai iaşə obyektinə cərimə yazıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 697 ictimai iaşə obyektində 1281 monitorinq keçirib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 697 ictimai iaşə obyektində monitorinq aparılıb.

Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb:

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir".

Qafar Ağayev

Paylaş:
357

Son xəbərlər

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45
Bütün xəbərlər