“Artıq hamımız köç əhval-ruhiyyəsindəyik” - Qubadlı sakini | 1news.az | Xəbərlər
Cəmiyyət

“Artıq hamımız köç əhval-ruhiyyəsindəyik” - Qubadlı sakini

17:56 - 27 / 10 / 2020
“Artıq hamımız köç əhval-ruhiyyəsindəyik” - Qubadlı sakini

İndiyədək ən böyük arzum o idi ki, torpaqlarımız işğaldan azad edilsin, indi isə ən böyük istəyim odur ki, işğaldan azad edilmiş torpaqlarımızı sağ-salamat gedib, görə bilək. Artıq hamımız köç əhval-ruhiyyəsindəyik. Çox sevinirəm ki, böyük qayıdış prosesi artıq başlanılır.

1news.az bildirir ki, bunu Trend-ə Qubadlıdan olan məcburi köçkün Anar Qasımlı deyib.

Qubadlının Kürdmahruzlu kəndində doğulub boya-başa çatdığını deyən A.Qasımlı 5-ci sinfədək Alı Mustafayev adına Zilanlı kənd orta məktəbində təhsil alıb. Erməni işğalına görə 1993-cü ildə kəndlərini tərk etdikləri zaman 11 yaşı olub. Bir müddət - 1993-1996-cı illərdə Mingəçevirdə, 1996-cı ildən isə Sumqayıtda yaşayırlar.

Hazırda Sumqayıt Regional Vəkil Bürosunun müdiri vəzifəsində çalışan A.Qasımlının sözlərinə görə, indi onlar üçün bir nömrəli iş Qubadlıya qayıtmaqdır. O, Qubadlıda da Regional Vəkil Bürosu təsis etməyi arzulayır:

"27 il nisgillə, kədərlə yaşamışıq. İndiyədək ən böyük qorxum o idi ki, valideynlərimi doğma yurdlarından uzaqda-Sumqayıtda itirə bilərəm. Ancaq indi bunu arzu edirəm ki, onlar işğaldan azad edilmiş kəndimizi sağ-salamat gedib görə bilsinlər. Ümid edirəm ki, çox tezliklə buna da nail olacağıq".

1news.az

Paylaş:
417

Son xəbərlər

Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:55Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”04 / 07 / 2024, 15:53
Bütün xəbərlər