MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması yalandır | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması yalandır

12:13 - 27 / 10 / 2020
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması yalandır

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir:

"Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur".

Qafar Ağayev

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər