Azərbaycanda daha 1095 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 1095 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı

15:46 - 31 / 10 / 2020
Azərbaycanda daha 1095 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 55 269 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 43 543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib, aktiv xəstə sayı 10 996 nəfərdir.

Ölkədə son sutka ərzində 11 441, hazırkı dövrədək isə 1 352 907 test aparılıb.

1news.az

Paylaş:
386

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər