Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilir - VİDEO

16:43 - 31 / 10 / 2020
Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilir - VİDEO

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər