3 yaşlı uşaq 65 saat sonra xilas edildi
İzmirdə güclü zəlzələ nəticəsində dağıntılar altından daha iki nəfər xilas edilib.
1news.az xəbər verir ki, 58 saat davam edən axtarışdan sonra 14 yaşlı İdil Şirin yaralı halda uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Bu gün səhər isə 3 yaşlı Elif Perinçek dağıntılar altından 65 saat sonra çıxarılıb.
Qeyd edək ki, İzmirdə baş vermiş 6,6 maqnitudalı zəlzələ nəticəsində 79 nəfər həlak olub, 962 nəfər xəsarət alıb.
1news.az
329