“Karantin dövründə onlayn təhsil” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Karantin dövründə onlayn təhsil” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

19:34 - 03 / 11 / 2020
“Karantin dövründə onlayn təhsil” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

 

Azərbaycanda pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığı prioritet məsələ kimi daim öndə olub.

Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə atılan addımlar respublikamıza bu ümumbəşəri bəladan hazırkı dövrə qədər ən az zərərlə çıxmağa imkan verib. COVID-19 virusunun ölkəmizdə yayıldığı ilk gündən məktəblərdə təhsilin təşkili, təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması ilə yanaşı, eyni zamanda təhsilverənlərin və təhsilalanların sağlamlığının və təhlükəsizliyinin qorunması əsas məsələ kimi diqqət mərkəzində saxlanılıb.

Mövcud vəziyyətdən uğurla çıxmaq üçün məktəb və müəllimlərlə yanaşı, valideynlərin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində valideynlər yuxarı siniflərdəki övladlarının hələlik məsafədən təhsil almasına, müəllimlərlə ünsiyyətinə, övladlarının dərsi mənimsəyib-mənimsəməməsinə, bir sözlə, tədris formasından asılı olmayaraq dərslərə məsuliyyətlə yanaşmasına xüsusi önəm verəcək.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Karantin dövründə onlayn təhsil” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları təhsil sisteminin informasiyalaşdırılması idarəsində şöbə müdiri Fidan Nəcəfova, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov, psixoloq Gülər Mehdiyeva və təhsil eksperti Araz Aslanlı mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=l9rxjXYr-tM

Paylaş:
673

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər