Bakıda tarixi binanın fasadını rənglədən sahibkar cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tarixi binanın fasadını rənglədən sahibkar cəzalandırılıb

16:51 - 05 / 11 / 2020
Bakıda tarixi binanın fasadını rənglədən sahibkar cəzalandırılıb

Bakı şəhəri Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayımlanan məlumatla bağlı bildiririk ki, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mərbuat Xidmətindən 1news.az-a bildiirlib.

İcra Hakimiyyəti bununla əlaqədar vətəndaşlara belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə minnətdarlığını bildirib.

Qafar Ağayev

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər