Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb

18:52 - 05 / 11 / 2020
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edilb.

1news.az-ın verdiyi xəbərə görə, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəllər bu müddət 2020-ci ilin oktyabrın 1-dək müəyyən edilmişdi.

S.Xankişiyeva

 

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər