Bu şəhər və rayonlarda işsizlərə 190 manat veriləcək - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəhər və rayonlarda işsizlərə 190 manat veriləcək - SİYAHI

15:11 - 06 / 11 / 2020
Bu şəhər və rayonlarda işsizlərə 190 manat veriləcək - SİYAHI

Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

1news.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Qafar Ağayev

Həmçinin bax: Bu şəhər və rayonlarda xüsusi karantin rejiminə dəyişiklik edildi – SİYAHI

Paylaş:
856

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər