“Teleradio Günü” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO
6 noyabr – Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramı günüdür. 94 il əvvəl – 1926-cı ilin noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb.
Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi...
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Teleradio Günü” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları əməkdar jurnalist Telman Nəzərli, Prezidentin fərdi təqaüdçüsü, əməkdar jurnalist Flora Xəlilzadə, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru Mehriban Məmmədova və radio diktoru, xalq artisti Əli Məmmədov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
S.Xankişiyeva