Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - MN | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - MN

09:07 - 06 / 11 / 2020
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - MN

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

1news.az

Paylaş:
582

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər