Ukrayna Milli Polisi Azərbaycanın bu ölkədəki rəsmi nümayəndəliklərini öz mühafizəsinə götürəcək
Ukrayna Milli Polisi Azərbaycanın bu ölkədəki bütün rəsmi nümayəndəliklərini öz mühafizəsinə götürəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin başçısı İqor Klimenko bəyan edib.
Dövlət qurumunun mətbuat xidməti özünün “Facebook” səhifəsində xəbər verir ki, Ukrayna Milli Polisinin rəhbəri deyib: “Yaxın vaxtlarda Ukrayna Milli Polisi Azərbaycanın bütün rəsmi nümayəndəlikləri öz mühafizəsinə götürəcək”. Bu qərar Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasının atəşə tutulması ilə bağlı qəbul edilib.
“Polis bu həyasız cinayəti törədən şəxslərin tutulması üçün əlindən gələni edir və dövlətimizin ərazisində millətlərarası münaqişələrə yol verməməyə səy göstərəcək”, - deyə İqor Klimenko vurğulayıb.
S.Xankişiyeva