Düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb, kolonda olan hərbi texnika yanıb - MN | 1news.az | Xəbərlər
Siyasət

Düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb, kolonda olan hərbi texnika yanıb - MN

22:21 - 07 / 11 / 2020
Düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb, kolonda olan hərbi texnika yanıb - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən 1news.az-a məlumat verilib.

Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

S.Xankişiyeva

 

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər