“The Daily Tribune” Ermənistanın tarixi saxtalaşdırması barədə məqalə dərc edib | 1news.az | Xəbərlər
Siyasət

“The Daily Tribune” Ermənistanın tarixi saxtalaşdırması barədə məqalə dərc edib

22:38 - 07 / 11 / 2020
“The Daily Tribune” Ermənistanın tarixi saxtalaşdırması barədə məqalə dərc edib

“The Daily Tribune-News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın tarixi əsassız saxtalaşdırmaq cəhdləri” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, bir çoxlarının Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış təsəvvürləri olduğunu, bəzilərinin bu problemə qərəzli yanaşması, digərlərinin isə məlumatsız olması səbəbindən yanlış fikirlər yürüdüldüyünü qeyd edən müəllif bir neçə ölkədə öz vətəndaşları arasında ermənipərəst dairələrin Azərbaycan əleyhinə mövqe formalaşdırdığını yazır. Bu cür halların beynəlxalq mediada da mövcudluğunu diqqətə çatdıran səfir əlavə edir ki, sözügedən sindromun əsas səbəbi tarixi faktların saxtalaşdırılmasıdır.

Ermənilərin XIX əsrin əvvəllərində İran və Osmanlı imperiyasından Dağlıq Qarabağa köçürüldüyünü diqqətə çatdıran səfir əlavə edir ki, bu faktı onlar özləri də etiraf edirlər. Belə ki, ermənilər Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar Azərbaycanın Ağdərə rayonunun Marağa kəndində “Marağa-150” abidəsi də ucaldıblar. 1836-cı ildə isə Rus çarının fərmanı ilə qədim alban kilsələri ermənilərin ixtiyarına verilib.

Məqalədə azərbaycanlıların hazırda Ermənistan adlanan ərazidən zorla köçürülməsi, ermənilərin 1905-1920, 1948-1953 və 1988-1992-ci illərdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparması da qeyd olunur. Diqqətə çatdırılır ki, Çar Rusiyasının siyasətini davam etdirən bolşeviklər Qarabağı iki yerə bölərək onun dağlıq hissəsində erməni muxtar vilayəti yaradıblar. Bundan başqa, Azərbaycanla Türkiyə arasında əlaqəni kəsmək məqsədilə 1920-ci ildə Zəngəzur, 1929-cu ildə isə Mehri əraziləri Ermənistanın tərkibinə verilib.

Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı hərbi əməliyyatlardan, döyüş meydanında ağır məğlubiyyətə düçar olan Ermənistanın dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən də bəhs edir. Vurğulayır ki, atəşkəsə nail olmağın yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi, öz qoşunlarını işğal altında qalan ərazilərdən çıxarmasıdır.

S.Xankişiyeva

 

Paylaş:
544

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər