“Qarabağ həqiqətləri - 1992-2020” adlı videolayihə hazırlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ həqiqətləri - 1992-2020” adlı videolayihə hazırlandı - VİDEO

12:30 - 07 / 11 / 2020
“Qarabağ həqiqətləri - 1992-2020” adlı videolayihə hazırlandı - VİDEO

İkinci Vətən Müharibəsi dövründə vətənpərvərlik mövzusunda hazırlanmış və Qarabağdan bəhs edən videolayihələrə biri də əlavə olunub.

1news.az xəbər verir ki, “Qarabağ həqiqətləri - 1992-2020” adlı videolayihənin rəhbəri və ideya müəllifi Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev, koordinatoru isə 525.az saytının redaktoru, jurnalist Afaq Rzadır.

Layihənin əsas məqsədi illərdir düşmən tapdağında olan dilbər guşələrimizin haqq səsinə, mövcud durumda terrora məruz qalan Azərbaycanın digər şəhərlərinə və ümumilikdə Qarabağ həqiqətlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.

Qeyd edək ki, videolayihədə ölkəmizin tanınan simaları: media nümayəndələri, digər dövlət qurumları əməkdaşları, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak ediblər.

Müəlliflər videonun ürəyi Qarabağla döyünən, Vətənini sevən hər bir azərbaycanlı üçün eyni hisslər yaşadacağına inanır.

Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!

1news.az

Paylaş:
1055

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər