“İrşad Electronics” Vətəni əmanət etdiyimiz əsgərimizə yardım məqsədi ilə ailəsini ziyarət etdi

Ötən gün mətbuatda Qarabağ uğrunda döyüşən hərbçinin ailəsinin vəziyyəti ilə bağlı xəbər yayımlanmışdı.
Belə ki, beş azyaşlı uşaq atası Şahin Rəhimov könüllü olaraq vətənini qorumaq üçün müraciət etmiş və cəbhəyə yollandığı və ailənin çətinliklə üz-üzə olduğu qeyd edilmişdir. Bu ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etmək istəyənlərin axtarışı ilə bağlı müraciətdən sonra redaksiyaya “İrşad Electronics” tərəfindən zəng daxil oldu. Ailənin əlaqə nömrəsi və yaşadığı ünvanı öyrənildi. Ailə ilə maraqlandığımız zaman əməkdaşların evlərini ziyarət etdiyi və yardım etdiyini öyrəndik.
Qeyd edək ki, “İrşad Electronics” şirkəti Qarabağ döyüşləri başlayan gündən istər hərbçilərə, istərsə də ailələrinə müxtəlif səpkidə yardımlar edir.




Reklam hüququnda