Koronavirus Azərbaycanda: 1202 yeni yoluxan, 998 sağalan, 18 vəfat edən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 1202 yeni yoluxan, 998 sağalan, 18 vəfat edən var

16:53 - 11 / 11 / 2020
Koronavirus Azərbaycanda: 1202 yeni yoluxan, 998 sağalan, 18 vəfat edən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 68 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16 702 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 665, ötən müddət ərzində isə ümumilikdə 1 467 842 test aparılıb.

Qafar Ağayev

Paylaş:
460

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər