Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub - FOTO

16:57 - 11 / 11 / 2020
Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub - FOTO

Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.

1news.az-ın məlumatına görə, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.

Türkiyə və Azərbaycanın dövlət rəsmilərinin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi ağacəkmə aksiyası keçirilib.

Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.

Qafar Ağayev

Paylaş:
547

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər