“Biz Qarabağa qayıdırıq!” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Qarabağ... O, sadəcə torpaq deyil. O, Vətəndir. Uğrunda ölən canlar, axan qanlar bu torpağı Vətən etdi.
Sanki bu torpaqda bayrağım da bir başqa dalğalanır, daha əzəmətli, daha uca, daha qürurlu. Çünki bu torpaqda Azərbaycan əsgərinin ayaq izi var, bu torpaqda Azərbaycan əsgərinin qanı var, bu torpaqda anaların göz yaşı var. O analar elə oğul böyütdülər ki, Vətəni uğrunda can almağa və can verməyə daim hazırdır. Və onlar elə qadınlardır ki, oğlunu, ərini, qardaşını, atasını itirsə belə gözünün yaşını silib başını dik tutmağı və “Vətən sağ olsun!” deməyi bacarırlar.
Vətən! Qarabağ Vətəndir! Qarabağ Azərbaycandır! Hamımız qarabağlıyıq!
Biz Qarabağa qayıdırıq!
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Biz Qarabağa qayıdırıq!” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, Azərbaycan Diaspor Gənclərinin Almaniya üzrə kordinatoru Nigar İbrahimova və Qarabağ qazisi Ülvi Qədir mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: