Lənkəranda yanğın - 2 azyaşlı vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda yanğın - 2 azyaşlı vəfat edib

12:01 - 11 / 11 / 2020
Lənkəranda yanğın - 2 azyaşlı vəfat edib

Yanğın nəticəsində ümumi sahəsi 81 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər