Sabahın HAVASI: yağış, çiskin, qar | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın HAVASI: yağış, çiskin, qar

13:16 - 12 / 11 / 2020
Sabahın HAVASI: yağış, çiskin, qar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 13-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz  10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunu,  nisbi rütubət  85-95  faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8,  gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif  və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

1news.az

Paylaş:
504

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər