Hulusi Akar: Türkiyə birgə sülhməramlı missiyada yer alacaq

Türkiyə Dağlıq Qarabağla bağlı bəyanatda qeyd olunan şərtlərin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib: "Bizim heç kimin haqqında gözümüz olmasa da, öz haqqımızı heç kimə verməyəcəyik. Türkiyə Qarabağda atəşkəsə monitorinq xidməti ilə bağlı razılaşmanın şərtlərinin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq".
1news.az
483