İşğaldan azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başlayır

13:58 - 12 / 11 / 2020
İşğaldan azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başlayır

İşğaldan azad edilmiş ərazilərdə Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) idarə və şöbələri fəaliyyətə başlayır

1news.az DTX-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlamışdır.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaqdır.

Qafar Ağayev

Paylaş:
725

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər